Sidney terrorçusunun adı məlum oldu - VİDEO
Bizi izləyin

Dünya

Sidney terrorçusunun adı məlum oldu - VİDEO

Kafedə insanları girov saxlayan terrorçunun şəxsiyyəti müəyyənləşdirilib.

“İnterfaks” xəbər agentliyi bu barədə Avstraliya mediasına istinadən bildirib. Ancaq polislər jurnalistlərdən onun adının açıqlanmamasını xahiş ediblər.

Avstraliya telekanalı “TenNews” isə girovlardan birinin terrorçunun tələblərini səsləndirməsini lentə alıb. Eyni zamanda kanal polisin xahişi ilə videonu yayımlamayacaq.

Ümumilikdə beş girov kafedən qaçmağı bacarıb. İçəridə qalanların sayı haqqında ziddiyyətli məlumatlar var. Bəzi KİV-lər 40, bəzilərinin isə terrorçunun əlində 15 girovun olduğunu xəbər verib.

Avstraliya jurnalistləri bir neçə girovla telefonla danışıb. Onların sözlərinə görə, kafeni tutmuş şəxs özünü “qardaş” adlandırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm