Turistlər girovların saxlanıldığı kafeni şelfi zonasına çevirdilər - FOTO
Bizi izləyin

Dünya

Turistlər girovların saxlanıldığı kafeni şelfi zonasına çevirdilər - FOTO

Avstraliyanın Sidney şəhərində olan turistlər terrorçu tərəfindən tutulan kafenin ətrafını selfi çəkilən zonaya çeviriblər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “The Daily Mirror” qəzetinin saytında bildirilir.

Qəzet yazır ki, turistlər terrorçu tərəfindən tutulmuş kafenin ətrafında həvəskar fotosessiya təşkil ediblər. Şəkillərin sosial şəbəkələrdə paylaşılması internet istifadəçilərin əksəriyyəti tərəfindən sərt qarşılanıb. "Dəhşətlidir, onlar tamamilə hissiyyatı olmayan insanlardır. İnsanlar girovluqda saxlanılır, amma onlar selfi çəkirlər”, - sosial şəbəkələrdə gedən müzakirənin iştirakçılarından biri yazıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Avstraliyanın Sidney şəhərində “Martin Place” ticarət mərkəzində yerləşən “Lindt” kafesində naməlum şəxslər insanları girov götürüb. Girovların sayı onlarladır. Naməlum şəxslər Avstraliyanın baş naziri Tonni Ebbotun onlarla əlaqə yaradılmasını və İŞİD terror qruplaşmasının bayrağının gətirilməsini tələb edib.

Terroristlər girovlara pəncərədə əllərində ərəb yazısı olan bayraqla dayanmaq əmrini verib. Girovlardan beşinin qaça bildiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm