Avstraliya polisi kafeyə hücuma keçdi: zərərçəkənlər var
Bizi izləyin

Dünya

Avstraliya polisi kafeyə hücuma keçdi: zərərçəkənlər var

Avstraliya polisi Sidneyin mərkəzində yerləşən “Lindt” kafesinə hücuma başlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, kafeni ən azı doqquz girov tərk etməyi bacarıb.

Yerli KİV-in məlumatına görə, onların arasında zərərçəkənlər var. Onların vəziyyəti barədə məlumat açıqlanmayıb. İçəridə qalan girovlar barəsində də məlumat verilimir.

Xatırladaq ki, bu gün səhər saatlarında Avstraliyanın Sidney şəhərində “Martin Place” ticarət mərkəzində yerləşən “Lindt” kafesində naməlum şəxslər insanları girov götürüb. Girovların sayı onlarladır. Naməlum şəxslər Avstraliyanın baş naziri Tonni Ebbotun onlarla əlaqə yaradılmasını və İŞİD terror qruplaşmasının bayrağının gətirilməsini tələb edib.

İnsanları girov götürən şəxsin isə yerli müsəlman Men Monis olduğu bildirilir. Monis daha çox Şeyx Şaron adı kimi məşhurdur.

O, 1964-cü ildə İranda doğulub. 1996-cı ildə Avstraliyaya köçüb. Men Monis Avstraliya qoşunlarının Əfqanıstandan çıxarılmasını tələb edərək həlak olmuş hərbçilərin ailələrinə bir neçə dəfə təhqiredici məktublar yazıb. Buna görə də o, 300 saatlıq ictimai işə məhkum edilib. 2014-cü ilin oktyabrında isə Monis seksual zorakılıqda ittiham olunub. Bundan başqa, o, keçmiş arvadının qətlində ittiham edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm