Narkotik dəllalı Almaniyada İslam əleyhinə hərəkat başladıb - FOTO
Bizi izləyin

Dünya

Narkotik dəllalı Almaniyada İslam əleyhinə hərəkat başladıb - FOTO

Almaniyanın şərqində, Drezden şəhərində "Qərbin islamlaşması əleyhinə " şüarı altında yürüş keçirilməsi planlaşdırılır.

Publika.az-ın məlumatına görə, "Vətənpərvər avropalılar Qərbin islamlaşmasına qarşı" (Pegida) adlı təşkilatın keçirəcəyi yürüşdə 10.000 nəfərin iştirak edəcəyi gözlənilir. Eyni zamanda həmin gün əks əqidəli 10 minə yaxın insanın da Pegidaya qarşı aksiya keçirəcəkləri planlaşdırılıb.

Almaniya Ədliyyə naziri Heiko Maas "Pegida"nın etirazını rüsvayçılıq adlandırıb. Lakin avroskeptiklərin partiyası olan AfD "Pegida"nın hərəkətlərini dəstəkləyir.

"Onların tələblərinin əksəriyyəti qanunidir", - mühafizəkar Alternativ fuer Deutschland (AfD) partiyasının sədri Bernd Lucke deyib.

Qeyd edək ki, ötən həftə də Pegida buna bənzər şüarla aksiya keçirib.

Almaniya mətbuatının yaydığı xəbərə görə, "Pegida" hərəkatı Lutz Bachmann adlı 41 yaşlı keçmiş aşbaz, hazırda isə qrafika dizaynı ilə məşğul olan şəxs tərəfindən Facebook şəbəkəsi vasitəsilə yaradılıb. İrqçi olmadığında təkid edən bu şəxs, vaxtilə narkotik dəllallığı da daxil bir sıra qanun pozuntularına görə 2 il həbsdə yatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm