“The Telegraph”: “Rusiya ayısının vəziyyəti nə qədər pisləşə bilər?”
Bizi izləyin

Dünya

“The Telegraph”: “Rusiya ayısının vəziyyəti nə qədər pisləşə bilər?”

“Neft qiymətlərindəki qeyri-müəyyənlik və Ukraynadakı qeyri-sabit vəziyyət Rusiya iqtisadiyyatına təsir edir. Bu gedişlə 2015-ci ildə vəziyyət nə qədər pisləşə bilər?”

Publika.az-ın verdiyi xəbərə görə, belə bir sualla Piter Spens “The Telegraph” qəzetinin saytında dərc etdiyi “Rusiya ayısının vəziyyətini nə qədər pisləşə bilər?" başlıqlı yazısında müraciət edib.

Neftin keçmiş Sovet İttifaqını dağıtdığını yazan müəllif “qara qızıl”ın sürətlə aşağı düşən qiymətin Kreml üçün yenidən lənət olduğunu bildirib: “Neftin qiymətinin kəskin düşməsi Vladimir Putin üçün iqtisadi qəza oldu. Kreml növbəti ildə də ciddi iqtisadi gerilik barəsində xəbərdarlıq edilib. Rusiya üçün bu il çox pis başlandı. Ukraynadakı böhran nəzarət altından çıxdı və bu, Rusiyaya qarşı sərt iqtisadi sanksiyalara, həmçinin ölkədən ciddi kapital axınına gətirib çıxardı. İyun ayından başlayaraq neftin qiymətlinin 45 faiz düşməsi Rusiyada xoşagəlməz hadisələrin əsas səbəbi oldu”.

Yazıda qeyd olunub ki, neft və qaz ixracı ümumi ixracın 67, Rusiya federal büdcəsinin gəlirlərinin isə 50 faizini təşkil edir: “Rusiya maliyyə nazirinin sözlərinə görə, Rusiya sanksiyalara görə təxminən 40, neft qiymətinin düşməsinə görə isə 100 milyarda qədər itirib. Rusiya rublunun düşməsi Rusiya istehlakçılarına cidd toxunub və inflyasiyaya gətirib çıxarıb”.

Piter Spens proqnozlaşdırır ki, neftin qiymətinin 60-50 dollara qədər aşağı düşməsi rublu daha da dəyərdən salacaq. “The Telegraph” qəzetinin yazarı hesab edir ki, ölkədən kapital axınının qarşısını almaq da olduqca çətin olacaq. Rusiya Mərkəzi Bankının hesablamalarına görə, ölkədən kapital axını bu il 128 milyard dollara çata bilər. 2015-ci ildə isə bu göstəricinin 120 milyard dollar olacağı proqnozlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm