Sidneydə girov əməliyyatı: 2 ölü və “Şeyx Şaron” vuruldu - FOTO
Bizi izləyin

Dünya

Sidneydə girov əməliyyatı: 2 ölü və “Şeyx Şaron” vuruldu - FOTO

Avstraliya polisi Sidneyin mərkəzində yerləşən “Lindt” kafesinə hücumu ölümlə nəticələnib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İran mənşəli Men Monis tərəfindən girov götürülən şəxslərin azad edilməsi zamanı 2 nəfərin öldürü bildirilir.

Təhlükəsizlik səlahiyyətliləri Men Monisin vəziyyəti haqqında hər hansı bir məlumat verməyib, ancaq hadisədə iki nəfərinin həyatını itirdiyi iddia edilir. Avstraliyanın bəzi media orqanları terrorçunun vurulduğunu xəbər verib. Ancaq bu məlumat hələlik təsdiqlənməyib. Yaralıların vəziyyəti ilə əlaqədar də hər hansı bir məlumat yoxdur.

Təxminən 16 saat davam edən girov böhranında daha əvvəl beş nəfər kafedən qaçmağı bacarmışdı. Əməliyyatdan sonra bəzi girovların ambulanslarla xəstəxanaya aparıldığı, bəzilərinin isə qaçaraq kafedən uzaqlaşdığı deyilir.

Təxminən 16 saat davam edən girov böhranı əsnasında, daha əvvəl beş adam kafedən qaçmağı bacarmışdı.

“Şeyx Şaron” adı ilə məşhur olan Monis 1964-cü ildə İranda doğulub. 1996-cı ildə Avstraliyaya köçüb. Men Monis Avstraliya qoşunlarının Əfqanıstandan çıxarılmasını tələb edərək həlak olmuş hərbçilərin ailələrinə bir neçə dəfə təhqiredici məktublar yazıb. Buna görə də o, 300 saatlıq ictimai işə məhkum edilib. 2014-cü ilin oktyabrında isə Monis seksual zorakılıqda ittiham olunub. Bundan başqa, o, keçmiş arvadının qətlində ittiham edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm