Britaniyadan xəbərdarlıq: “Putin təhlükəli oyunlar oynayır”
Bizi izləyin

Dünya

Britaniyadan xəbərdarlıq: “Putin təhlükəli oyunlar oynayır”

Böyük Britaniya Müdafiə Nazirliyinin başçısı Rusiya ilə mümkün müharibə haqqında danışıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, müdafiə naziri Maykl Fellon Rusiya Federasiyası prezidenti Vladimir Putinə “təhlükəli oyunlar” oynadığı barədə xəbərdarlıq edib.

Maykl Fellon hesab edir ki, Rusiyanın təcavüzü NATO güclərinin iştirakı ilə müharibəni provokasiya edə bilər. “Baxmayaraq ki, Qərb Ukraynada böhranın hərbi həllinə baxmır. Amma hadisələrin inkişafının belə bir variantı istisna edilmir”, - britaniyalı nazir bildirib.

Britaniya müdafiə naziri vurğulayıb ki, Putini etibar etmirlər və Böyük Britaniya ən pis varianta hazırlanmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm