Tətil Belçikanın dünya ilə əlaqəsini kəsdi
Bizi izləyin

Dünya

Tətil Belçikanın dünya ilə əlaqəsini kəsdi

Belçikada 9 illik fasilədən sonra təşkil edilən ümumxalq tətil ölkənin dünya ilə əlaqəsinin kəsilməsinə gətirib çıxarıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Brüssel hava limanında dispetçerlərin tətilə çıxması ilə əlaqədar 600-ə yaxın təyyarə səfəri ləğv edilib.

Qatar, metro və avtobus səfərlərini də həyata keçirmək mümkün olmayıb. Hökumətin “kəmər sıxma” təbdirlərinə etiraz edən həmkarlar ittifaqlarının çağırışı ilə ilə tətilə qatılanların sayı olduqca yüksəkdir.

Hazırda Belçikanın dövlət borcu ümumi daxili məhsulun 106 faizinə bərabərdir. Brüssel büdcə xərclərinin azaldılması üçün Avropa Birliyi Komissiyasından 3 ay müddət istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm