Rusiya “qara günü” antirekordla başa vurdu
Bizi izləyin

Dünya

Rusiya “qara günü” antirekordla başa vurdu

Dekabrın 15-i rubl üçün “qara gün" kimi qiymətləndirilir.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, rus valyutasının dəyəri bir gün ərzində 8 faiz düşüb.

Rubl devalvasiya tempi üzrə 15 dekabr tarixinə qədər yalnız Ukrayna qrivnası ilə müqayisədə öyünə bilərdi. İlin əvvəlindən rubl dollar qarşısında 40 faiz, Ukrayna valyutası isə 46 faiz dəyərini itirmişdi. Bu iki valyutanı isə təxminən 25 faiz dəyər itkisi ilə Qana sedisi və Argentina pesosu izləyirdi.

“Qara gün”də vəziyyət dəyişib. Rublun ilin əvvəlindən dollar qarşısında dəyəri 48 faiz düşüb və bu onu dünya “lider”i edib.

Bu gün Moskva birjasında yerli vaxtla saat 20:00-da bir dollar 66,35 rubl, bir avro isə 82,13 rubla dəyişdirilib. Bundan başqa, Rusiya rublu bugünkü enişlə yeni antirekord vurub. Bundan əvvəlki antirekord 31 mart 1999-cu ildə qeydə alınmışdı. Qlobal iqtisadi böhran fonunda rubl dollar qarşısında 6,43 rubl (20,62 rubldan 27,05 rubla qədər) dollara ucuzlaşmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm