Rusiyanın “Yük -200”ləri barədə növbəti FOTOFAKTLAR
Bizi izləyin

Dünya

Rusiyanın “Yük -200”ləri barədə növbəti FOTOFAKTLAR

Sosial şəbəkədə Donbas hövzəsində həlak olan Rusiya hərbçiləri ilə növbəti faktlar yayılıb.

Publika.az-ın “obozrevatel.com” saytına istinadən verdiyi məlumata görə, “Facebook” istifadəçisi Oksana Qorelov tərəfindən “Yük-200”lərin yeni siyahısı və həlak olanların şəkilləri dərc edilib.

Oksana Qorelov həlak olanları Moskva və Krım sakinləri olmaqla qruplara bölüb.

Qeyd edək ki, Rusiya hərbçilərinin məxfi dilində Donbasda döyüşdə həlak olanlar “Yük 200” adlandırılır. Rusiya hüquq müdafiəçilərinin məlumatına görə, Ukraynanın şərqində antiterror əməliyyatı gedişatında mindən çox Rusiya hərbçisi həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm