Əl-Qaidə Suriyada hərbi bazanı ələ keçirib
Bizi izləyin

Dünya

Əl-Qaidə Suriyada hərbi bazanı ələ keçirib

Əl-Qaidənin bir qolu olan Nusra Cəbhəsi Suriyanın şimal-qərbində hərbi bazanı ələ keçirib.

Publika.az-ın məlumatına görə, bu barədə Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə qrupu məlumat yayıb. Məlumata görə, Cund Əl Aqsa adlı qrupun silahlıları Nusra Cəbhəsinə İdlib vilayətində Vadi Deif bazasını ələ keçirməyə yardım edib.

Müxalifət qüvvələri 2012-ci ildən bəri bir neçə dəfə bazanı ələ keçirib. Baza Suriyada Hələb, Həma və Homs şəhərlərini paytaxt Dəməşqlə birləşdirən əsas şimal-cənub şosesindən bir kilometr məsafədə yerləşir.

SANA xəbər agentliyi isə Suriya hökumət qüvvələrinin baza yaxınlığında bir neçə terrorçunu öldürdükləri haqda məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm