ABŞ xaricdə irimiqyaslı hərbi əməliyyatlar dövrünü başa çatdırdı
Bizi izləyin

Dünya

ABŞ xaricdə irimiqyaslı hərbi əməliyyatlar dövrünü başa çatdırdı

Amerika ordusunun xaricdə irimiqyaslı hərbi əməliyyatlar dövrü sona yaxınlaşıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama Makquayr-Diks-Leykharst hərbi bazasında hərbçilər qarşısında çıxışı zamanı bildirib.

ABŞ dövlət başçısı qeyd edib ki, qoşunlar müxtəlif məsələlərin icrasına hazır olmalıdır. O xatırladıb ki, 2014-cü ilin sonuna kimi ABŞ-ın əsas qoşun birləşmələri Əfqanıstandan çıxarılacaq.

Obamanın sözlərinə görə, Əfqanıstanda təhlükəsizliyin təmin olunması ilə 2015-ci ildən yerli hakimiyyət orqanları məşğul olacaq: “Əfqanıstandakı döyüş əməliyyatlarımız 13 ildən sonra başa çatacaq. Amma bu region əvvəlki kimi təhlükəli olaraq qalır”.

“Əfqanıstan və İraqda 180 min hərbi qulluqçudan 15 mindən də az əsgər qalacaq. Qoşunlarımız gələcəkdə daha yığcam olacaq. Amma baş komandanınız kimi əminəm ki, siz qarşıya qoyulan məsələlərin icrasına hazırsınız. ABŞ ordusu əvvəlki kimi ən yaxşı təchizata, hərbi hazırlığa və komandanlığa malik olacaq”, - deyə ABŞ prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm