Rusiya ordunun arsenalını ballistik raketlərlə gücləndirir
Bizi izləyin

Dünya

Rusiya ordunun arsenalını ballistik raketlərlə gücləndirir

Rusiya Strateji Raket Qoşunları 2014-2015-ci illərdə çoxsaylı nüvə başlığı daşıya bilən 40 ədəd RS-24 (“Yars”) qitələrarası ballistik raketi ilə təchiz ediləcək.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Strateji Raket Qoşunları komandanı general-polkovnik Sergey Karakayev bildirib.

"Strateji Raket Qoşunlarına 2014-cü ildə 16 ədəd “Yars” raket kompleksi verilib. Qoşunların 2015-ci ildə daha 24 ədəd eyni raket kompleksi ilə silahlandırılması nəzərdə tutulub”,- Karakayev deyib.

Qeyd edək ki, “Yars” raketlərini hərbi qüvvələrin silahlanmasına daxil edən Rusiya nüvə hücumundan müdafiə sistemini önəmli şəkildə gücləndirib. "Yars" strateji raket kompleksi RT-2PM2 "Topol” komplekslərini hazırlayan Moskva İstilik Texnikasının İnkişafı institutu tərəfindən hazırlanıb. “Topol”dan fərqli olaraq “Yars” 3-4 nüvə döyüş başlığı ilə təchiz edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm