• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Pakistanda üç günlük matəm

  • Dünya
  • 16 Dekabr 2014 16:00
  • 269 Baxış
Pakistanda üç günlük matəm

Pakistanda Pişavar şəhərində hərbi məktəbə taliblərin hücumu nəticəsində 130-dan çox insan həlak olub.

Publika.az-ın SİTA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 100-ü uşaqdır.

Ölkədə isə üç günlük matəm elan edilib. Bu barədə jurnalistlərə Pakistan baş naziri Navaz Şərif bildirib.

Məlumata görə, məktəbə hücum edən terrorçular avtomatik silahlar və qumbaralarla silahlanıblar. Silahlılardan birinin üzərinə isə partlayıcı qurğu yerləşdirilib. Təhlükəsizlik işçiləri üç terrorçunu məhv edə bilib. Qalanları isə binada gizlənərək məktəblilərin uzun müddət təxliyyə edilməsinə mane olub.

Baş vermiş hadisə ilə əlaqədar Pakistanın ən böyük müxalifət hərəkatının lideri 18 dekabra planlaşdırılan ümumxalq tətili ləğv edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR