Pakistanda Talibandan şok: “Yalnız böyük şagirdləri vururuq”
Bizi izləyin

Dünya

Pakistanda Talibandan şok: “Yalnız böyük şagirdləri vururuq”

Son məlumatlara görə, hərbi məktəbdə girovluqda saxlanılan 126 nəfər öldürülüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yaralı sayı 122-yə yüksəlib.

BBC-yə danışan Talibanın sözçüsü əməliyyatın təşkilatı hədəf alan ordunun əməliyyatlarına cavab olduğunu deyib. O, yalnız “böyük şagirdləri” vurduqlarını açıqlayıb. Səlahiyyətlilər isə məktəbin ən böyük şagirdlərinin 16 yaşında olduğunu bildirir.

Məlumata görə, Pakistan hərbçilərinin formasını geyinən 10 silahlı eyni anda binaya daxil olub. Onlardan birinin özünü partlatdığı, birinin isə 2 təhlükəsizlik işçisini öldürdüyü xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm