Rusiya hökuməti təcili toplanır
Bizi izləyin

Dünya

Rusiya hökuməti təcili toplanır

Rusiya baş naziri Dmitri Medvedev bu gün ölkədəki maliyyə vəziyyəti üzrə müşavirə keçirəcək.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin özü Uzaq Şərqin inkişafı üzrə hökumət komissiyasının iclasında deyib.

Hökumət başçısı qeyd edib ki, müşavirənin tamamlanmasından sonra həmkarları ilə maliyyə bazarlarındakı cari vəziyyəti müzakirə etmək niyyətindədir.

Rusiya Federasiyası prezidenti Vladimir Putin Rusiya hökuməti ilə daim əlaqədədir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O həmçinin bildirib ki, hələlik xüsusi görüşlər planlaşdırılmır.

“Putin Rusiya hökuməti ilə daimi əlaqədədir. Amma prezident tərəfindən xüsusi iclasın çağırılması planlaşdırılmır”, - Peskov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm