Gənclər və İdman Nazirliyində qadın bıçaqlandı - TÜRKİYƏDƏ
Bizi izləyin

Dünya

Gənclər və İdman Nazirliyində qadın bıçaqlandı - TÜRKİYƏDƏ

Gənclər və İdman Nazirliyində cinayət hadisəsi qeyd alınıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin yeməkxanasında çalışan Fərid D. adlı şəxs iş yoldaşı Gülər adlı qadını bıçaqlayıb. Nəticədə qadın ağır bədən xəsarətləri alıb.

Qadın dərhal xəstəxanaya aparılıb. O, polis əməkdaşlarına verdiyi ilkin ifadəsində iş yoldaşı Fərid tərəfindən dəfələrlə təhdid olunduğunu bildirib. Bundan sonra polis əməkdaşları qadını bıçaqlamış şəxsi yaxalayıblar.

Hüquq mühafizə orqanlarının ilkin araşdırmaları nəticəsində məlum olub ki, hadisə Gənclər və İdman Nazirliyinin rəhbər şəxslərinin oturduqları mərtəbədə qeyd alınıb. Belə ki, Fəridlə Gülər nazirliyin yetkili şəxslərinə xidmət göstərmək üstündə mübahisə ediblər. Nəticədə Fərid qəzəblənib və iş yoldaşına bıçaq zərbəsi endirib.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm