Pakistanda məktəbə hücum edənlərin hamısı məhv edildi
Bizi izləyin

Dünya

Pakistanda məktəbə hücum edənlərin hamısı məhv edildi

Pakistanın Pişəvər şəhərində hərbi məktəbə hücum edən altı talibin hamısı xüsusi əməliyyatla məhv edilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi Asim Bayva bildirib.

Girovların azad olunmasından sonrakı məlumatlara görə, 126 nəfər ölüb. Onların əksəriyyəti hərbi məktəbin şagirdləridir. Yaralıların sayı dəqiqləşdirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm