Jirinovski: İxtisar edin! – TƏKLİF
Bizi izləyin

Dünya

Jirinovski: İxtisar edin! – TƏKLİF

Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deputat və senatorların sayının üçdə birə qədər azaldılmasını təklif edib.

Publika.az-ın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə partiyanın rəsmi saytında deyilir.

Partiya sədri hesab edir ki, bu, ölkədəki mürəkkəb maliyyə vəziyyətinə görə lazımdır. Bundan başqa, V.Jirinovski deputatların maaşlarının 30 faiz azaldılmasını təklif edib.

“Dövlət Duması büdcəyə 7 milyard rubla başa gəlir. Federasiya Şurasında isə bu, 8 milyard rubldur. Bu isə ümumilikdə 15 milyard rubl edir. Amma 5-6 milyard rublu son halda xərcləmək olar", - Jirinovski bildirib.

Dekabrın 15-də məlum olub ki, Rusiya hökuməti 2015-ci ildə dövlət xərclərini 10 faiz azaldacaq. Azalma ilk növbədə dövlət proqramlarına toxunacaq.

Qeyd edək ki, Rusiya Dövlət Duması 450 deputatdan ibarətdir. Federasiya Şurasının üzvlərinin sayı isə 170 nəfərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm