• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Kiyev Donbas hövzəsindəki rus hərbçilərinin sayını açıqladı

  • Dünya
  • 16 Dekabr 2014 17:57
  • 377 Baxış
Kiyev Donbas hövzəsindəki rus hərbçilərinin sayını açıqladı

“Donbas hövzəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçilərinin sayı 6 mindən 8 minə qədərdir. Hətta bəzi qiymətləndirilmələrə üzrə onların sayı 10 mindir”.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Mujenko brifinqdə deyib.

O əlavə edib ki, Ukrayna-Rusiya sərhədində təxminən 50 min Rusiya hərbi qulluqçusu cəmlənib. Baş Qərargah rəisinin sözlərinə görə, rus hərbçilərinin Ukrayna sərhədlərində olması Donbas hövzəsinə texnikanın və hərbçilərin keçməsini asanlaşdırır.

Rəsmi Moskva isə Donbas hövzəsində Rusiya hərbçilərinin olması barədə Kiyevin iddialarını rədd edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR