İŞİD belə zərbə almamışdı: avtomobil karvanı məhv edildi
Bizi izləyin

Dünya

İŞİD belə zərbə almamışdı: avtomobil karvanı məhv edildi

“İslam Dövləti” (İŞİD) terror qruplaşması ən böyük zərbəsini alıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın liderlik etdiyi koalisiyanın hərbi təyyarələri Mosul vilayətinin Şengal mahalına gedən İŞİD avtomobil karvanını vurub.

Aviazərbələr nəticəsində terror qruplaşmasının 100 üzvü ölüb. Avtomobil karvanının bütünlüklə məhv edildiyi bildirilir.

Avqustun əvvəlində Şengal mahalını işğal edən İŞİD yüzlərlə yezidi kürdü öldürmüş, çoxlu sayda qadın və qızı qaçırmışdı. On minlərlə adam isə Şengal dağına sığınmışdı. Dağda hələ də 10 minə yaxın adam var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm