İŞİD-in azərbaycanlı döyüşçüsü ölümdən döndü - VİDEO
Bizi izləyin

Dünya

İŞİD-in azərbaycanlı döyüşçüsü ölümdən döndü - VİDEO

İŞİD-in azərbaycanlı döyüşçüsü Bəşər Əsəd ordusunun yağdırdığı bombardmandan sağ qurtulmağı bacarıb.

Publika.az xəbər verir ki, İŞİD-in əlində olan Rakka şəhərinin Cundullah qəsəbəsinin əmiri Davud əl-Azəri bombanın düşdüyü bölgədə parçalanan avtomobilin içindən sağ çıxa bilib. Bombardman nəticəsində bir çox insan ölüb. Əl-Azərinin bundan əvvəl iki dəfə ölümdən döndüyü deyilir.
İŞİD bu hadisəni Allahın “İslam dövləti”nə yardımı kimi təbliğ edirlər. Davud Əl-Azərinin necə sağ çıxdığını göstərən videogörüntülər də yayılıb.


Qeyd edək ki, Davud Əl-Azərinin bir müddət öncə videoçağırışı yayılmışdı. Əl-Azəri o vaxt dəqiq adını açıqlamasa da, tankın üzərində oturaraq müsəlmanlara çağırış edir: “Allah bu iki tankı bizə hədiyyə etdi. Bu yaxınlarda bu tanklarla iki kəndi almışıq. Burda qardaşlara ehtiyac var. Gəlin cihad edin, burda Allahın rəhməti var, Allah bütün nemətləri bizə verib. Allahın rəsulu necə hicrət etdisə, siz də hicrət edin. Kafirlərin içində oturmayın. Küfrdən, şirk əhlindən uzaqlaşın. Aldığımız yerlər boşdur, qardaşlara ehtiyac var. Təkcə savaşmaq deyil. Hansısa qardaş yemək bişirə bilər, hansısa qardaş elektrik işini bilər, hansısa qardaş tank sürə bilər. Silahları təmizləyər. Qardaşlar hicrətdə bərəkət var. Bu gözəl Şam torpaqlarına hicrət edin. Siz hicrət edin, Allah bütün qapıları açacaq” (http://publika.az/p/27859).

Videodakı görüntü eyni şəxsə aiddir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm