Türkiyə yasa batdı: Ölkədə bir günlük matəm elan olundu
Bizi izləyin

Dünya

Türkiyə yasa batdı: Ölkədə bir günlük matəm elan olundu

Pakistanın Pişəvər şəhərindəki hərbi məktəbdə şagird və müəllimlərin öldürülməsi ilə əlaqədar Türkiyədə matəm elan edilib.

Publika.az-ın məlumata görə, bu barədə ölkənin Baş naziri Əhməd Davudoğlu elan edib.

Qeyd edək ki, bu gün "Təhriki-Taliban Pakistan" yaraqlıları Pişəvər şəhərindəki məktəbə hücum ediblər.

Son məlumatlara görə, 140 nəfər hücumun qurbanı olub, onlardan ən azı 100 nəfər uşaqdır. 120-dən çox şəxs yaralanıb. Hücum zamanı məktəbdə 500-dək şagird və müəllim olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm