“Seks-cihad”dan imtina edən 150 qadın edam edilib – Şok iddia
Bizi izləyin

Dünya

“Seks-cihad”dan imtina edən 150 qadın edam edilib – Şok iddia

“İslam Dövləti" (İŞİD) terror qruplaşmasının döyüşçüləri İraqda “seks-cihad”da iştirak etməkdən imtina edən 150-dən çox qadın edam edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İraqın İnsan Hüquqları üzrə Nazirliyin xəbərində deyilir.

Nazirliyin məlumatına görə, öldürülmüş qadınlardan bəziləri hamilə olub. Qadınların cəsədləri Anbar vilayətində aşkarlanıb.

“Seks-cihad”da İŞİD döyüşçülərinə seks xidmətlərin göstərilməsi kimi başa düşülür. Terror qruplaşması “seks-cihad”da iştirak etmək üçün müxtəlif ölkələrdən, həmçinin Avropadan gənc qadınları Suriya və İraqa dəvət edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm