Medvedev Rusiyanı xilas etmək üçün müşavirəyə başladı
Bizi izləyin

Dünya

Medvedev Rusiyanı xilas etmək üçün müşavirəyə başladı

Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev ölkədəki iqtisadi-siyasi situasiya üzrə müşavirəyə başlayıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müşavirədə baş nazirin müavini İqor Şuvalov , prezidentin köməkçisi Andrey Belousov, maliyyə naziri Anton Siluanov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və Mərkəzi Bankının sədri Elvira Nabiullina iştirak edir.

Hökumət başçısı qeyd edib ki, həmkarları ilə maliyyə bazarlarındakı cari vəziyyəti müzakirə etmək niyyətindədir.

Rusiya Federasiyası prezidenti Vladimir Putin Rusiya hökuməti ilə daim əlaqədədir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O həmçinin bildirib ki, hələlik xüsusi görüşləri planlaşdırılmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm