• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kreml: “Donbas ikinci Krım olmayacaq”

  • Dünya
  • 16 Dekabr 2014 23:31
  • 283 Baxış
Kreml: “Donbas ikinci Krım olmayacaq”

“Ukraynanın cənub-şərqində ikinci Krım olmayacaq, Krım rus torpağıdır”.

Publika.az-ın verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Frans 24" telekanalına müsahibəsində deyib.

Rusiyanın xarici işlər naziri Ukrayna prezidenti Pyotr Poroşenkonun hakimiyyətinin legitimliyini tanıyıb və bildirib ki, Rusiya Donbas hövzəsində Krım ssenarisini təkrarlamaq niyyətində deyil.

“Prezident Pyotr Poroşenko hazırda Ukrayna üçün ən yaxşı şansdır”, - Lavrov telekanala müsahibəsində bildirib.

O, qeyd edib ki, Kiyev və Moskva daimi dialoq aparır: “Deyə bilmirəm ki, bizim Ukrayna prezidenti Pyotr Poroşenko ilə əlaqələrdə hər hansı çətinliklərimiz var. Ən azından iki ölkənin rəhbərləri səviyyəsində dialoq aparılır. Rusiya Ukraynanın Donbas hövzəsini zəbt etməyə hazırlaşmır. Donetsk və Luqansk vilayətlərinin muxtariyyət dərəcəsinə gəlincə, bunu ukraynalıların özləri həll etməlidir. Rusiya Ukraynanın federasiya halına salınmasını və ya muxtariyyəti təklif etmir”.

Ukraynalı ekspertlər isə bildirir ki, Rusiya rəhbərliyi “Novorossiya” layihəsinin icrasının başa çatdırılması haqqında informasiyaları yaymağa çalışır, ancaq bu informasiyalar real hərəkətlərdə özünü göstərmir.

Qeyd olunur ki, hadisələrin bu cür inkişafı Donbas hövzəsində münaqişənin yeni mərhələsindən xəbər verə bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR