Sarkozi: “Daha Bəşər Əsədə inanmıram“
Bizi izləyin

Dünya

Sarkozi: “Daha Bəşər Əsədə inanmıram“

Suriyada qəbul olunan atəşkəsin pozulması və hərbi əməliyyatların bərpasına ilk təpki Fransa prezidenti Nikola Sarkozidən gəlib.

Publika.Az-ın məlumatına görə, Fransanın "I-Tele" telekanalına açıqlama verən Sarkozi bundan sonra Bəşər Əsədin nə səmimiyyətinə, nə də elan edilən atəşkəsə hörmət ediləcəyinə inanmadığını bildirib:

"Mən Əsədin nə səmimiyyətinə, nə də atəşkəsə edilən hörmətə inanmıram. Regionda baş verənləri anlamaq üçün mütləq xarici nümayəndə göndərilməlidir".

Suriya məsələsində beynəlxalq ictimaiyyətin hərəkətə keçməsinin vacibliyini deyən Sarkozi mülki əhalinin qorunması üçün humanitar dəhlizlərin yaradılmasını söyləyib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm