Şimal qütbü müharibə astanasında
Bizi izləyin

Dünya

Şimal qütbü müharibə astanasında

Danimarka Şimal Okeanındakı 895 min kvadrat kilometrlik bölgənin ona verilməsini istəyir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Danimarka hökuməti bu barədə Birləşmiş Millətlər Təşkilatına (BMT) etdiyi rəsmi müraciətdə bildirib.

Məlumata görə, danimarkalı elm adamları 10 illik araşdırmalardan sonra Şimal Okeanındakı “Lomonosov kürəyi” adlanan sualtı dağ qrupunun Grenlandiyanın bir parçası olduğunu sübut edib. Alimlərin gəldiyi nəticədən sonra Danimarka “Şimal qütbü bizimdir və buna görə də bizə verilməlidir” tələbi ilə BMT-yə müraciət edib.

Rusiya və Kanadanın da Danimarkanın istədiyi bölgənin əhəmiyyətli bir hissəsini tələb etməsi gözlənilr. Amma BMT-nin bu barədə qərarının 10 ildən tez verəcəyi gözlənilmir. Danimarkanın xarici işlər naziri Martın Lidegard bildirib ki, sözügedən ölkələrin razılığa gəlməsi çox asan olmayacaq.

Danimarka ilə krallığa bağlı olan Grenlandiya və Farer adaları 2009-2013-cü illərdə Şimal Okeanındakı 873 min kvadrat kilometrlik ərazinin krallığa verilməsi tələbi ilə BMT-yə üç dəfə müraciət edib. Tələb edilən ərazi Danimarkanın ərazisindən təxminən 20 dəfə böyükdür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm