Əfqanıstan Talibanla danışıqlara başlayır
Bizi izləyin

Dünya

Əfqanıstan Talibanla danışıqlara başlayır

Əfqanıstan hökuməti yaxın zamanda “Taliban” hərəkatı ilə danışıqları bərpa edəcək.

Publika.az xəbər verir ki, bu barədə Əfqanıstanın Ali barışıq şurasının nümayəndəsi Musa Xan Xutak məlumat verib. Onun sözlərinə görə, danışıqlar Qətərin paytaxtı Dohada keçirilə bilər. Görüşdə Ali barışıq şurası ilə yanaşı, Pakistan rəsmilərinin də iştirak etməsi gözlənilir.

“Taliban” hərəkatının liderləri hələ ki, bu xəbərə münasibət bildirməyiblər.

Əfqanıstan hökuməti ilə “Taliban” arasında danışıqlar iki il bundan qabaq hərəkat Dohada rəsmi nümayəndəliyini açdıqdan və orada öz bayrağını asdıqdan sonra dayandırılmışdı. Kabil bu aktı mühacir hökumətinin qurulması kimi qiymətləndirərək danışıqlardan imtina etmişdi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm