Bir dollar 80 rubl oldu
Bizi izləyin

Dünya

Bir dollar 80 rubl oldu

Moskva birjasında dollar 58,15 rubldan 80,1 rubla, avro isə 72,45 rubldan 100,74 rubla qədər bahalaşıb.

Publika.az-ın TASS informasiya agentliyinə istinadən verdiyi məlumata görə, birjanın sonuna yaxın vəziyyət nisbətən sabitləşib. Dollar 72,2 rubla, avro isə 90 rubla satılıb.

R-Connect internet bankı yaranmış vəziyyətlə bağlı valyuta mübadiləsində aktivliyin dörd dəfə artığını bildirib.

Biznes və istehlak bazarında inkişaf üzrə komitənin sədri Elgiz Qaçayev rublun məzənnəsinin sabitləşməyəcəyi təqdirdə, Yeni il tətillərindən sonra qida məhsullarının qiymətinin bahalaşa biləcəyini deyib.

İqtisadi durumun mürəkkəbləşdiyini və bunu heç yuxuda belə təsəvvür etmədiklərini bildirən Mərkəzi Bankın sədr müavini Sergey Şevtsov yaxın günlərdə vəziyyətin 2008-ci ildəkindən də ağır ola biləcəyindən ehtiyatlandığını dilə gətirib.

“Prozerno” analitik agentliyinin rəhbəri Vladimir Petriçenko rublun ucuzlaşmasının ardından buğdanın qiymətinin sürətlə artdığını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm