Dram öldü, Ermənistanda aclıq başladı: Mağazalar ərzaq satışını dayandırdı
Bizi izləyin

Dünya

Dram öldü, Ermənistanda aclıq başladı: Mağazalar ərzaq satışını dayandırdı

Ermənistanda milli valyutanın - dramın dəyəri bu gün son il ərzində ən aşağı səviyyəyə düşüb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, gün ərzində 1 dolların qiyməti 550-520 dram arasında dəyişib. Ümumiyyətlə son bir ayda Ermənistan valyutasının qiyməti 25 faiz ucuzlaşıb. Buna görə də, Ermənistanda dollar ərşə çəkilib. Puldəyişmə məntəqələrində yalnız dolları drama dəyişmək mümkündür. Dollar almaq istəyənlər isə məntəqələrdən əliboş qayıdır. Banklar dollar və avro satışını dayandırıb.

Vəziyyət paytaxt İrəvan mağazalarında çaxnaşmaya səbəb olub. Mağaza sahibləri qiymətləri vaxtaşırı dəyişməyə məcbur olublar. Bəzi mağazalar müəyyən növ malların, məsələn, qəndin və şəkər tozunun satışını məhdudlaşdırıb və yaxud tamamilə dayandırırıblar.

Bir çox şirniyyat məhsulları mağazalrdan yoxa çıxıb. Məişət texnikası mağazalarında malların üstündən qiymət yarlıqları götürülüb, yeniləri qoyulur. Satıcılar ya malı satmaqdan imtina edir, ya da mütəmadi olaraq qiymətləri dəyişirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm