"İrəvan nəqliyyatsız qala bilər” - RƏSMİ AÇIQLMA
Bizi izləyin

Dünya

"İrəvan nəqliyyatsız qala bilər” - RƏSMİ AÇIQLMA

Yerevanda bir gecədə avtomobiillərdə və yük maşınlarda yanacaq kimi istifadə olunan qazın qiyməti 20 faiz bahalaşaraq 1 kub metr üçün 190 dramdan 230 drama (39 qəpik) çatıb.

Publika.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, yerli iqtisadçılar bunu Rusiya rublunun məzənnəsinin dollara nisbətən düşməsi və qaz idxalatının inhisarı ilə bağlı olduğunu bildirirlər.

Ermənistanda əksər nəqliyyat növləri benzin və dizel əvəzinə qaz yanacağından istifadə etdiyinə görə, nəqliyyatda gediş giymətlərinin də artacağı qaçılmazdı.

Ermənistan Sərnişindaşıma İttifaqının sədri Qrant Yeğiazaryan deyib ki, qazın qiymətinin 40-50 dram artması nəticəsində ictimai nəqliyyat sürücüsünün gündəlik gəliri təxminən 3000 dram azala bilər. Bu da öz növbəsində nəqliyyatda qiymətlərin artmasına səbəb olacaq.

“Müvafiq orqanlar qiymətlərin artmasına təsir etmək yollarını tapa bilməsə, şəhər nəqliyyatsız qala bilər”, - Yeğiazaryan deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm