• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Şimali Koreya BMT-ni ABŞ-da insan haqlarını müzakirə etməyə çağırıb

  • Dünya
  • 17 Dekabr 2014 08:40
  • 382 Baxış
Şimali Koreya BMT-ni ABŞ-da insan haqlarını müzakirə etməyə çağırıb

Şimali Koreya BMT Təhlükəsizlik Şurasından Pxenyanın insan haqlarını pozmasını təhqiq etmək əvəzinə ABŞ-ın insan haqları sahəsində “qəddar” və “orta ərslərə aid” pozuntuları araşdırmasını tələb edib.

Publika.az-ın məlumatına görə, bazar ertəsi göndərilən məktubda Şimali Koreyanın BMT-dəki səfiri Ca Sonq Nam Şimali Koreyaya qarşı insan haqlarıilə bağlı ittihamların “qondarma" olduğunu və bunun regional və beynəlxalq sülh və təhlükəsizlikklə heç bir əlaqəsi olmadığını bildirib.

O deyib ki, bunun əvəzinə beynəlxalq sülhün pozulmasının qarşısının alınması üçün Mərkəzi Kəşfiyyat Agentliyinin işgəncə cinyətləri təcili surətdə Təhlükəsizlik Şurası tərəfindən müzakirə olunmalıdır.

Ca öz açıqlamalarında ABŞ Senatının ötən həftə Mərkəzi Kəşfiyyat Agentliyinin tətbiq etdiyi qəddar dindirilmə üsulları ilə bağlı yaydığı hesabata istinad edib.

Pxenyan bu hesabata istinad edərək, ABŞ-ın digər ölkələrdə insan hüquqlarının durumu ilə bağlı mülahizələr irəli sürməyə haqqı olmadığını bildirib.

Qeyd edək ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurası Şimali Koreyada insan haqları ilə bağlı vəziyyətini gündəmə salınmasına səs verib. Rəsmilər bu məsələnin gələn çərşənbə axşamı və ya çərşənbə günü müzakirə olunacağını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR