İŞİD-in almaniyalı "təhsil naziri" öldürüldü
Bizi izləyin

Dünya

İŞİD-in almaniyalı "təhsil naziri" öldürüldü

İraqda yaraqlıların mövqelərini bombardman zamanı "İslam dövləti" (İD) terror qruplaşmasının "təhsil naziri" sayılan Almaniya vətəndaşı, Misir əsilli Reda Zeyam qətlə yetirilib.

Trend TASS agentliyinə istinadən bu barədə xəbər verir.


Müəyyənləşdirilib ki, islamçılar öz iyerarxiyalarında AFR ərazisində sələfilər sıralarında yüksək təsirə və İD yaraqlıları ilə köhnə əlaqələrə malik olan 54 yaşlı Zeyama yüksək vəzifə ayırıblar. Zeyamın özü uzun müddət Berlində yaşayıb. AFR-ın xüsusi xidmət orqanları bu məlumatı təsdiq ediblər- NDR və WDR bildirir.


Onlar diqqət yetiriblər ki, məhz "Zül-Karnayn" ləqəbi ilə tanınan Zeyamın təşəbbüsü ilə islamçılar, musiqini, coğrafiyanı, təsviri incəsənəti və ictimaiyyət fənnini İraq məktəblərində tədris etməyi qadağan ediblər. O, öz göstərişlərini İraqın Mosul şəhərindəki universitetindən verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm