• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Moskva terrorunun təşkilatçısı 12 il sonra tutuldu

  • Dünya
  • 17 Dekabr 2014 11:09
  • 334 Baxış
Moskva terrorunun təşkilatçısı 12 il sonra tutuldu

2002-ci ilin oktyabrında Moskvada teatr mərkəzində baş verən terror aktının təşkilatçılarından biri hesab olunan Həsən Zakayev həbs edilib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva şəhər məhkəməsindən bildirilib.

Qeyd olunur ki, Çeçenistan Respublikasının 41 yaşlı sakini Həsən Zakayevin həbsi terror aktı ilə bağlı cinayət işinin yenidən araşdırılması üçün əsas olub. Məlumata görə, Rusiya Federasiyasının İstintaq Komitəsinin Moskva üzrə İdarəsi cinayət işini bərpa edib. Onun harada və hansı şəraitdə həbs edildiyi barədə məlumat verilmir.

Terror aktının təşkilində ittiham olunan altı nəfərdən heç birini tutmaq mümkün olmamışdı. Şamil Basayev 2006-cı il iyulun 10-da silah-sursatın olduğu yük maşınının partlaması nəticəsində İnquşetiyada həlak olub. Həsən Zakayev və Qeraxinom Dudayev 12 il ərzində istintaqdan müvəffəqiyyətlə gizlənə biliblər. Bununla əlaqədar olaraq 2007-ci ildə prokurorluq cinayət işinin araşdırılmasını dayandırmışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR