Kreml Kadırovun “istefasına” aydınlıq gətirdi
Bizi izləyin

Dünya

Kreml Kadırovun “istefasına” aydınlıq gətirdi

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə istefa ilə bağlı rəsmi müraciət etməyib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Putinin mətbuat katibi Dmitri Puskov Kadırovun dünən verdiyi bəyanatı şərh edərkən deyib.

Qeyd edək ki, Çeçenistan prezidenti dünən Ukraynanın şərqində separatçılar tərəfində vuruşmağa hazır olduğunu və istefa barədə Vladimir Putinə xahişlə müraciət edəcəyini bildirib.

“Donbas hövzəsinin “qoşunu”na kömək etmək üçün öz postumu tərk etməyə hazıram”, - Kadırov Milli Televiziya Yayımı telekanalına müsahibəsində vurğulayıb.

Çeçenistan Respublikasının prezidenti həmçinin dekabrın 4-də Qroznıda baş vermiş terror aktını dəstəkləyən Ukrayna Ali Radasının deputatlarını “şeytan” adlandırıb: “Onları tutmaq və məhv etmək lazımdır. Çünki onlarda şərəf və vicdan yoxdur".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm