
Türkiyənin Nevşehir vilayətində içərisində turistlərin olduğu hava şarı yerə düşüb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hava şarında çinli və malayziyalı turistlər olub.
Çinli turist Tang Yi ölüb. Yaralanan 9 nəfər isə Nevşehir dövlət xəstəxanasına yerləşdirilib. Yaralılardan malayziyalı bir turistin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın səbəbləri barədə məlumat açıqlanmayıb.
Ömər Dağlı