Kiyevdən SOS: Rusiya qitə müharibəsinə başlaya bilər
Bizi izləyin

Dünya

Kiyevdən SOS: Rusiya qitə müharibəsinə başlaya bilər

Rusiyanın irimiqyaslı qitə müharibəsinə başlaması istisna olunmur.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Onun sözlərinə görə, Ukraynanın qarşısında duran əsas məsələlərdən biri bütün mövcud resursları səfərbər etməkdir.

“Atəşkəs rejimi terror qruplaşmaları tərəfindən daim pozulur. Bu, istənilən dəqiqə sərt qarşıdurmalarla əvəzlənə və nəticədə Rusiya irimiqyaslı qitə müharibəsinə başlaya bilər. Bizim əsas vəzifəmiz Ukrayna ərazisini tamamilə azad etmək üçün bütün mövcud resursları səfərbər etməkdir”, - A.Turçinov deyib.

A.Turçinov həmçinin qeyd edib ki, ölkə üçün real təhlükə olacağı halda hərbi vəziyyət tətbiq oluna bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm