Avropa Parlamenti Fələstin dövlətini tanıdı
Bizi izləyin

Dünya

Avropa Parlamenti Fələstin dövlətini tanıdı

Avropa Parlamenti Fələstin dövlətinin tanınmasını dəstəkləyib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə qəbul olunan qətnaməyə 498 deputat səs verib.

Avropalı deputatlardan 88-i qətnaməyə qarşı çıxıb, 11-i isə bitərəf qalıb.

“Avropa Parlamenti prinsip etibarilə Fələstin dövlətinin tanınmasını və problemin “iki dövlətli” həllini dəstəkləyir”, - bu gün qəbul olunan qətnamədə deyilir.

Avropalı deputatlar həmçinin İsrail dövlətinin təhlükəsizliyini nəzərə alaraq 1967-ci il sərhədlər çərçivəsində müstəqil və demokratik Fələstinin yaradılmasını dəstəkləyib. Avropa Parlamenti Qüdsün iki dövlətin paytaxtı olmasına tərəfdar çıxır.

"İki dövlətin – İsrail və Fələstinin bir yerdə yaşaması münaqişənin nizama salınmasının tək üsuludur” - qətnamənin mətnində deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm