Türkiyədə ABŞ səfirliyi qarşısında bomba partladıldı
Bizi izləyin

Dünya

Türkiyədə ABŞ səfirliyi qarşısında bomba partladıldı

ABŞ-ın Ankaradakı səfirliyi qarşısında partlayış baş verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, partlayış Atatürk Bulvarında yerləşən Ankara səfirliyinin əsas giriş qapısı yanında olub.

Məlumatda qeyd olunur ki, qeyri-dəqiq məlumatlara görə, səfirliyin giriş qapısının yanında şübhəli bir çanta aşkarlanıb. Şübhəli paket Ankara polisini hərəkətə gətirib.

Bombanın məhv edilməsi üzrə mütəxəssislər hadisə yerinə göndərilib və çantanı patladılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xatırladaq ki, ötən iln fevral ayında da Ankarada ABŞ səfirliyinin qarşısında partlayış törədilmişdi. Hadisə nəticəsində iki nəfər ölmüş, iki nəfər isə yaralanmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm