ABŞ Əsədə yardım edən şirkətləri cəzalandırdı
Bizi izləyin

Dünya

ABŞ Əsədə yardım edən şirkətləri cəzalandırdı

ABŞ Bəşər Əsəd rejiminə dəstək verən bəzi şirkət və şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ Xəzinə Nazirliyi Əsəd rejiminə neft məhsullarının çatdırılmasında iştirak edən şirkətlər və onların rəhbərlərinə qarşı sanksiyaların qəbul edildiyini açıqlayıb.

Yeni sanksiyalar siyahısına 4 ölkənin 11 vətəndaşı və şirkəti daxil edilib.

Onların arasında Suriyanın “Abdulkərim Qrupu" şirkəti və şirkətin rəhbəri Vael Əbdülkərim, mərkəzi Birləşmiş Ərəb Əmirliklərində olan “Maxima Middle East Trading Co." şirkəti və onun rəhbəri Əhməd Barkavi, Hollandiyada yerləşən “Staroil BV” şirkəti ilə onun rəhbərləri Alexander Hollebrand və Paul Van Mazjik, İsveçrədə yerləşən “Rixo International Trading Ltd” və “Blue Marine” şirkətləri və onların idarə heyətində yer alan Xalis Bektaş, İsveçrədə yerləşən “Skirron Holding” şirkəti var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm