Quran-i Kərimə hörmətsizlik cəzasız qalmadı
Bizi izləyin

Dünya

Quran-i Kərimə hörmətsizlik cəzasız qalmadı

İngiltərədə bir futbol matçında Quran-i Kərimə hörmətsizlik edərək kitabın vərəqlərini cıran azarkeş cəzalandırılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, azarkeşə 3 il ərzində İngiltərə və Uels stadionlarına daxil olmaq qadağan edilib.

Çoxlu sayda müsəlmanın yaşadığı İngiltərənin Birmingem şəhərində hakim qarşısına çıxan 51 yaşlı Julie Fillips adlı qadın Quran-i Kərimin ona şəhər mərkəzində verildiyini açıqlayıb. Julie müqəddəs kitabın səhifələrini yalnız havaya atmaq üçün cırdığını söyləyib. Onun bu əməli təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

Bu hadisədən sonra “Middlsbro” futbol klubu həmin azarkeşin ömür boyu stadiona buraxılmayacağını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm