Putinin yeni "sürprizi": “Kiçik qələbə” taktikası
Bizi izləyin

Dünya

Putinin yeni "sürprizi": “Kiçik qələbə” taktikası

“Rusiya hakimiyyətinə dərin iqtisadi böhran şəraitində “kiçik qələbə" lazımdır”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Moskvada yerləşən Şərqi Avropa Tədqiqatları Mərkəzinin rəhbəri, politoloq Andrey Okara bildirib.

Politoloq hesab edir ki, Rusiya prezidenti Vladimir Putin iqtisadi çətinliklərin alovunu soyutmaq üçün Ukraynaya hərbi təcavüz edə bilər: “Onlar əlbəttə ki, bu alovu soyuda bilərlər və nəzəri olaraq məcburdurlar. Amma burada bir məntiq var. Etibarın artırılması, uğursuzluqlardan diqqətin yayındırılması üçün hakimiyyətə kiçik qələbə lazımdır. Buna görə də Donbas hövzəsi üçün təhlükə mövcuddur”.

Onun sözlərinə görə, Rusiya siyasi mədəniyyətində hakimiyyətin reytinqinin artırılması və ölkənin vacib iqtisadi problemlərindən diqqətin yayındırılması üçün “kiçik qələbə” texnologiyası var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm