• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Türkiyədən suriyalı qaçqınlara nikah xəbərdarlığı

  • Dünya
  • 18 Dekabr 2014 09:46
  • 322 Baxış
Türkiyədən suriyalı qaçqınlara nikah xəbərdarlığı

Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş ölkəsinə sığınan suriyalı qaçqınlara nikah xəbərdarlığı edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir köməkçisi Ailə və Sosial Siyasət Nazirliyi ilə BMT Əhali Fondunun Suriyadan gələn mühacir qadınlara, eləcə də uşaqlara rəsmi nikah və evlilik yaşı kimi mövzularda məlumat verildiyini açıqlayıb.

Numan Kurtulmuş suriyalı qaçqınlara maarifləndirmə məqsədi ilə 500 min türk, 500 mini isə ərəb dilində kitabça paylanıldığını bildirib.

Baş nazir köməkçisi rəsmi evliliyin suriyalı qaçqınlar üçün də zəruri olduğunu sözlərinə əlavə edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR