Fələstin üzrə qətnamə BMT-yə təqdim olundu
Bizi izləyin

Dünya

Fələstin üzrə qətnamə BMT-yə təqdim olundu

Fələstin dövlətinin yaradılması haqqında Qətnamə Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasına təqdim olunub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin BMT yanında daimi müşahidəçi Riyad Mənsur jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qətnaməni İordaniyanın BMT-dəki daimi nümayəndəsi təqdim edib. Qətnamənin mətnində bir il ərzində müstəqil Fələstin dövlətinin yaradılması və İsrail Fələstin torpaqlarında işğalı dayandırması yer alıb. Riyad Mənsur qətnamə layihəsinin səsverməyə çıxarılacağı vaxtı açıqlamayıb.

Xüsusi olaraq ABŞ-a səslənən fələstinli diplomatın sözlərinə görə, qətnamənin qəbulu sülh üçün qapı açacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm