• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kabarda-Balkarda iki silahlı öldürülüb

  • Dünya
  • 18 Dekabr 2014 10:24
  • 270 Baxış
Kabarda-Balkarda iki silahlı öldürülüb

Rusiyanın Kabarda-Balkar Respublikasında silahlılara qarşı növbəti əməliyyat keçirilib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Respublikanın Baksan rayonunun Dıqulıbqey kəndində xüsusi əməliyyat zamanı iki silahlı öldürülüb. İlkin məlumata görə, həyət evlərindən birində mühasirəyə alınan silahlılar polisə atəş açıb.

Hazırda xüsusi əməliyyatın aktiv mərhələsinin davam etdiyi xəbər verilir. Yerli vaxtla səhər saat 5:00-dan kəndin inzibati sərhədləri daxilində terror əleyhinə əməliyyat rejimi tətbiq edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR