İŞİD-in “edam heyəti”ndə qadınlar da iştirak edib – İDDİA
Bizi izləyin

Dünya

İŞİD-in “edam heyəti”ndə qadınlar da iştirak edib – İDDİA

İŞİD terror qruplaşmasının iki gün əvvəl həyata keçirdiyi növbəti kütləvi edamla bağlı şok iddia irəli sürülüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD-in edamında qadınlar da iştirak edib.

Xatırladaq ki, İŞİD terror qruplaşması dekabrın 17-də Cuburi tayfasına mənsub 13 sünninin öldürüldüyü ilə bağlı görüntüləri sosial şəbəkələrdə paylaşıb. Edam edilənlərin 10 gün əvvəl İŞİD silahlıları tərəfindən tutulan "El Alam Şovalyeləri” deyilən sünni bir qrupun üzvləri olduğu təxmin edilir.

İddiaya görə, ayin şəklində təşkil edilən edama İŞİD-li qadınlar da qatılıb. Terror qruplaşmasının yayımladığı görüntülərdə edamı həyata keçirənlərdən bəzilərinin davranışlarının digərlərindən fərqli olduğu məlum olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm