Dünya
Vəfa Quluzadə Lavrovu yaman asıb-kəsdi
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən müsbət heç nə gözləmək olmaz".
Bunu politoloq Vəfa Quluzadə Lavrovun Azərbaycana gözlənilən
səfərini Publika.Az-a şərh edərkən bildirib.
"Mən bu səfərdən heç nə gözləmirəm. Çünki Lavrov və onun dövləti
Ermənistanı regionun ən güclü dövləti etmək və Azərbaycanın Dağlıq
Qarabağdan başqa qalan torpaqlarını da ona birləşdirmək siyasəti
güdür. Tək bu yeddi rayonu yox, qalanını da dağıdıb Ermənistana
calaşdırmağa çalışır. Rusiyanın Azərbaycana qarşı siyasəti
düşmənçilik siyasətidir və Lavrov da bu siyasəti təmsil edir. O
Bakıya gəlir ki, Azərbaycana müxtəlif təzyiqlər etsin. Bəli, bu tam
gözləniləndir".
O hesab edir ki, Bakıdan əvvəl İrəvana səfər etməsində Dağlıq
Qarabağ münaqişəsinin həllində müsbət dönüşün olacağı ehtimalı ola
bilməz.
Vəfa Quluzadə vurğulayıb ki, Rusiya mətbuatında Laçın, Kəlbəcər və
Dağlıq Qarabağın Ermənistana verilməsi, 5 rayonun qaytarılması
ehtimalı barədə məlumat yayılıb və bu məsələnin Rusiya tərəfindən
qaldırılması mümkündür:
"Hesab edirəm ki, Lavrov bənzər bir təkliflə çıxış edəcək. Bu cür
təklif bizə məqbul olacaqmı, biz belə bir sülhə gedə biləcəyikmi?
"
O qeyd edib ki, Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi barədə
müqavilənin uzadılması da baş tuta bilər:
"Niyə baş tutmasın? Rusiya kimi bir dövlətin əlində bu çətin bir iş
olmayacaq. İndiyə kimi 7 milyon verirdi, indi 17 milyon verəcək.
Qurtardı, getdi".
Rüfət Əhmədzadə
Publika.Az
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!