Pakistan qoşunları qisas əməliyyatına başladı: 57 ölü
Bizi izləyin

Dünya

Pakistan qoşunları qisas əməliyyatına başladı: 57 ölü

Pakistan təhlükəsizlik gücləri ölkənin şimal-qərbindəki Tirax vadisində Taliban hərəkatının 57 döyüşçüsünü məhv edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Pakistan ordusunun mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, “Tehriki-Taliban Pakistan” terror təşkilatına qarşı genişmiqyaslı əməliyyata Hərbi Hava Qüvvələrinin təyyarələri cəlb edilib. Hərbi təyyarələr təşkilatın hərbi düşərgəsi və bazasına 20-dən artıq aviazərbə endirib.

Əfqanıstanla sərhəddə yerləşən Tirax vadisində təşkilatın çoxlu sayda bazası və təlim düşərgəsinin olduğu bildirilir. Burada təşkilatlanan taliblər Pakistanın şimali-qərbində diversiya və terror aktları həyata keçirirlər.

Qeyd edək ki, “Tehriki-Taliban Pakistan”ın döyüşçüləri iki gün əvvəl Pakistanın Pişəvər şəhərində 500 kursantın olduğu hərbi məktəbə hücum edib. Hücum nəticəsində 148 nəfər öldürülüb. Onlardan 136-sı uşaqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm