Əmioğlular dalaşdı, biri o birini öldürdü
Bizi izləyin

Dünya

Əmioğlular dalaşdı, biri o birini öldürdü

İki əmioğlu arasında yaranan mübahisə sonda qanla bitib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirin Kamalpaşa mahalı Bağyurdu məhəlləsindəki kafedə rastlaşan əmioğlular torpaq məsələsinə görə mübahisə ediblər.

Mübahisəni ilk olaraq Mehmet Tokmak başlayıb. O, Mustafa Tokmak adlı əmisi oğlunu üzərində olan sənədsiz tapanca ilə vurub. Mehmet Tokmak əmisi oğluna 4 dəfə atəş açıb. Nəticədə ağır yaralanan Mustafa Tokmak ağır yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını Mustafa Tokmakı Turqutlu Dövlət Xəstəxanasına aparıb. Lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Mustafa Tokmak əməliyyat masasında dünyasını dəyişib.

Evli və 3 uşaq atası olan 33 yaşlı Mustafa Tokmakın ölüm xəbərini alan yaxınları dərhal özlərini xəstəxanaya çatdırıblar. Bu səbəbdən də polis əməkdaşları tibb müəssisəsində təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Qeyd edək ki, polis əməkdaşları hadisə yerindən qaçan Mehmet Tokmakın yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm